Bakının bir sıra yollarında tıxac yaranıb.Metbuat.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət:1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;4. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;6. Babək prospekti, mərkəz istiqamətində;7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;9. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;10. Məhəmməd Hadi küçəsi, "Əhmədli" metrostansiyasının ətrafı;11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;12. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;13. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;14. Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyasından Binəqədi qəsəbəsi istiqamətində;15. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.