RU

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü olub

Yazını böyüt
Yazını kiçilt

Parisdə səfirliyin Mədəniyyət Mərkəzində Fransa Azərbaycanlıları Koordinasiya Şurasının növbəti görüşü keçirilib.

Hafta.az xəbər verir ki, tədbirdə Fransanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə həmrəyliyin, birlik və Azərbaycanın beynəlxalq aləmdə düzgün təqdim olunmasının önəmi vurğulanıb.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva diasporun bir araya gəlməsinin əhəmiyyətini qeyd edərək, bu görüşün birlik və həmrəyliyin, eləcə də Vətənə bağlılığın göstəricisi olduğunu bildirib. O, Fransa ilə Azərbaycan arasında son illərdə yaşanan çətinliklərə toxunaraq, diasporun üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və bu şəraitdə ölkəmizin düzgün təqdim edilməsinin vacibliyini qeyd edib.

Səfir, həmçinin Fransadakı Azərbaycan diasporunun ictimaiyyətlə daha effektiv kommunikasiya qurmasının və yanlış məlumatlara qarşı daha aktiv fəaliyyət göstərməsinin vacibliyini diqqətə çatdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov komitənin və Fransadakı diaspor təşkilatlarının fəaliyyəti barədə məlumat verib. Daha sonra komitənin 2025-ci ilin yekunlarına həsr olunmuş və Fransadakı diaspor fəaliyyətini əks etdirən video təqdim olunub.

Tədbirdə Azərbaycan diasporunun tarixi inkişafı və hazırkı fəaliyyəti müzakirə edilib, həmrəyliyin və qarşılıqlı dəstəyin önəmi vurğulanıb.

Diasporun formalaşmasında mühüm rol oynamış Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli kimi şəxsiyyətlər xatırlanıb. Son illərdə Fransanın müxtəlif şəhərlərində yaşayan azərbaycanlıların sayının artdığı və diaspor fəaliyyətlərinin daha da genişləndiyi qeyd olunub.

Fransa üzrə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri, “Azərbaycan Evi” və gənclər-tələbə assosiasiyalarının diaspor fəaliyyətinə dəstək verdiyi bildirilib.

Görüşdə diaspor üzvlərinin mövcud şəraitdə əməkdaşlığının gücləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə təşviqinin artırılması məsələləri də müzakirə olunub.

Tədbir çərçivəsində politoloq Rəzmi Maşallah Neşatabad Azərbaycanın “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif edilib.

Daha sonra Mişel Jalların müəllifi olduğu, Ədilə Əliyevanın həyat və yaradıcılığından bəhs edən “Barmaqların ucundakı müqəddəs alov” kitabının təqdimatı keçirilib.

Pianoçu Ədilə Əliyeva Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa edib.

Sonda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin müəllim kollektivi, şagirdləri və valideynləri ilə görüş keçirib./azertag/

Избранный
3
27
hafta.az

10Источники