ABŞ Prezidenti Donald Tramp ölkəsi ilə İran arasındakı müharibənin sona yaxınlaşdığını, lakin hələ bitmədiyini açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, bunu o, “Fox News” televiziyasına müsahibəsində deyib.
“Düşünürəm ki, sona yaxınlaşır, bəli. Hələ qurtarmamışıq. Görək nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyi çox istəyirlər”, - Birləşmiş Ştatlar lideri söyləyib.
D.Tramp vurğulayıb ki, İslam Respublikasının nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub: “Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı”.
Telegram kanalımız