RU

Mamoy Mansurov: Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirən şəxsiyyət » AzadMedia.az


Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


Məhz bu cür qadınlardan biri də görkəmli alim , istedadlı oftalmoloq Zərifə Əliyevadir. Hər il Azərbaycanda onun xatirəsi hörmət və ehtiramla yad edilir. Onun həyat yolu yalnız elmi nailiyyətlərlə deyil, həm də insanlara göstərdiyi qayğı və yüksək mənəvi dəyərlərlə yadda qalıb.

Zərifə Əliyeva 1923-cü ildə Şahtaxtı kəndində dünyaya gəlib. Gənc yaşlarından elmə böyük maraq göstərən gələcək alim ali təhsilini Azərbaycan Dövlət Tibb İnstitutunda alaraq həkimlik peşəsinə yiyələnib. Tələbəlik illərindən çalışqanlığı və istedadı ilə seçilən Zərifə xanım sonrakı fəaliyyətində də bu keyfiyyətlərini qoruyub saxlayıb.
Onun peşəkar fəaliyyəti Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu ilə sıx bağlı olub. Burada çalışdığı müddətdə o, həm klinik təcrübə qazanıb, həm də oftalmologiya sahəsində mühüm elmi araşdırmalar aparıb. Zərifə Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanda göz xəstəliklərinin diaqnostika və müalicə üsulları daha da təkmilləşdirilib.
Alimin diqqət yetirdiyi əsas problemlərdən biri Traxoma xəstəliyi idi. O dövrdə geniş yayılmış bu xəstəliyin qarşısının alınması üçün həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət kəsb edib. Regionlarda apardığı müayinə və maarifləndirmə işləri nəticəsində xəstəliyin yayılma səviyyəsi əhəmiyyətli dərəcədə azalıb.
Bununla yanaşı, Qlaukoma və digər mürəkkəb göz xəstəliklərinin öyrənilməsi də onun elmi fəaliyyətində önəmli yer tutub. O, bu sahədə apardığı tədqiqatlarla yeni yanaşmaların formalaşmasına töhfə verib və oftalmologiyanın inkişafına mühüm təsir göstərib.
Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də pedaqoq kimi böyük nüfuz qazanıb. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda fəaliyyəti dövründə o, çoxsaylı həkimlərin yetişməsinə dəstək olub, onların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayıb.
Elmi yaradıcılığı da olduqca zəngin olub. Onun müəllifi olduğu kitablar və monoqrafiyalar uzun illərdir tibb sahəsində çalışan mütəxəssislər üçün dəyərli mənbə kimi istifadə olunur. Bu əsərlər oftalmologiyanın müxtəlif istiqamətlərini əhatə edərək praktikada geniş tətbiq tapıb.
1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva Azərbaycan tibb tarixində mühüm iz qoymuş şəxsiyyətlərdən biri kimi tanınır. Onun fəaliyyəti elmə sədaqətin, insanlara xidmətin və peşəkarlığın bariz nümunəsidir.
Bu gün Zərifə Əliyevanın adı böyük hörmətlə çəkilir. 15 aprel anım günü isə onun zəngin irsinin, gördüyü işlərin və cəmiyyətə verdiyi töhfələrin bir daha xatırlandığı əlamətdar gündür.
Избранный
8
1
azadmedia.az

2Источники