RU

Qlobal fond bazarlarında əsas indekslər üzrə artım müşahidə olunub

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal fond bazarlarında bütün əsas indekslər üzrə artım qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, ABŞ bazarlarında Dow Jones indeksi 0,66% artaraq 48 535,99 bəndə, S&P 500 indeksi 1,18% yüksələrək 6 967,38 bəndə, Nasdaq indeksi isə 1,96% artaraq 23 639,08 bəndə çatıb. Bundan əlavə, NYSE Composite indeksi 0,33% artaraq 23 016,38 bəndə, S&P/TSX Composite indeksi isə 0,66% yüksələrək 34 102,36 bəndə çatıb.

Avropa bazarlarında Euro Stoxx 50 indeksi 1,35% artaraq 5 984,51 bəndə, FTSE 100 indeksi 0,25% yüksələrək 10 609,06 bəndə, DAX indeksi 1,27% artaraq 24 044,22 bəndə, CAC 40 indeksi 1,12% yüksələrək 8 327,86 bəndə, IBEX 35 indeksi isə 1,46% artaraq 18 286,10 bəndə çatıb.

Asiya-Sakit okean regionunda Nikkei 225 indeksi 0,87% artaraq 58 387,23 bəndə, TOPIX indeksi 0,57% yüksələrək 3 776,42 bəndə, Hang Seng indeksi 0,76% artaraq 26 069,51 bəndə, CSI 300 indeksi 0,17% yüksələrək 4 709,13 bəndə, S&P/ASX 200 indeksi 0,14% artaraq 8 983,20 bəndə, MSCI Asia Pacific indeksi isə 1,79% yüksələrək 250,80 bəndə çatıb.

Analitiklərə görə, bazarlardakı artımın əsas səbəbi ABŞ-da inflyasiyanın gözləniləndən aşağı açıqlanması fonunda Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərinə daha tez başlaya biləcəyi ilə bağlı gözləntilərin güclənməsi olub. Bununla yanaşı, Yaxın Şərqdə gərginliyin nisbətən azalması enerji qiymətləri üzrə riskləri zəiflədib, bu da investorların səhmlərə yönəlməsini artırıb. Texnologiya sektorunda böyük şirkətlərin (xüsusilə Nasdaq-da) güclü maliyyə nəticələri də bazarlara əlavə dəstək verib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
21
apa.az

1Источники