RU

Yollarda endirilən sürət həddi bərpa edildi YENİLƏNİB

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***21:41

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirildi, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirildi.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Unikal"a verilən məlumata görə, hazırda hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat  endirilib. 

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
10
unikal.az

10Источники