RU

Azərbaycanda əmtəəlik qaz hasilatı 1 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 12 milyard 506,6 milyon kubmetr təbii qaz hasil edilib.

"Far.Az"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 9 milyard 857,9 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,4 %, əmtəəlik qaz hasilatı isə 0,7 % artıb.

Ötən 3 ayda Azərbaycanda 6 milyon 629,7 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 6 milyon 611,9 min tonu əmtəəlik xam neftin payına düşüb.

Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2025-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 3,4 % azalıb.

Избранный
19
far.az

1Источники