RU

ABŞ iqtisadi münasibətləri normallaşdırmaq istəyir

Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatları İranla ikitərəfli iqtisadi münasibətləri effektiv şəkildə normallaşdıracaq genişmiqyaslı razılaşma əldə etməyə çalışır.

Hafta.az xəbər verir ki, bu fikirləri ABŞ-nin Vitse-prezidenti Cey. Di. Vens Corciya Dövlət Universitetində keçirilən forum zamanı səsləndirib.

“Burada söhbət kiçik bir razılaşmadan getmir”, – deyə o, ABŞ Prezidenti Donald Trampa istinad edərək vurğulayıb:

“O, böyük bir razılaşma istəyir. Onun İrana təklif etdiyi yanaşma çox sadədir, lakin açığını desək, indiyədək heç bir ABŞ Prezidentinin bunu həyata keçirmək imkanı olmayıb”.

Vens qeyd edib ki, Vaşinqtonun mesajı belədir: - “Əgər siz normal bir ölkə kimi davranmağa hazırsınızsa, biz də sizə iqtisadi baxımdan normal ölkə kimi yanaşmağa hazırıq”.

Избранный
21
hafta.az

1Источники