RU

“Bu insanın iştahı böyükdürsə, yaxşı yeyirsə niyə İctimai tv-yə rəhbər qoysunlar ki?!”

“Mikayıl Müşfiqin Xızının Sayadlar kəndindəki xatirə muzeyi çayın yaxınlığında tikilib. Mən o evi görmüşəm, orada olmuşam. Yağan aramsız yağışlar şairin muzeyinə də təsirsiz ötüşməyib. Sel evləri də, kəndləri də pis günə qoyub. Allahın işidir də. Amma nazirlikdən soruşmaq lazımdır ki, niyə görəsən ev hələ də bərpa olunmur?! Hər şeyi düzəldəcəyik deyirlər. Qubanın yollarına cənab prezident 20 milyondan çox pul ayırdı, 1 il dözmədi ki, yol dağıldı. Sonradan məlum oldu ki, bunun altında heç qraber də, beton da yoxdur. Bunlar belə işləyir də. Mikayıl Müşfiqin də xatirə muzeyinin bu vəziyyətdə olması yaxşı hadisə deyil. Ədəbiyyata, mədəniyyətə hörmətsizlikdir. Nazirlik cavab verməlidir. Amma təkcə nazirlik deyil, yerli icra strukturu da o çayın qabağında indiyə qədər bərkitmə işləri aparmalı idi. Atalar deyir ki, dərədə ev tikməzlər. Əgər Tıx çayı müntəzəm olaraq daşırsa gərək onun qabağında muzey tikməzdilər. Bir az hündürdə yaradardılar. Sağ tərəfdə boz dağlar var, o tərəfdə edərdilər. Gərək elə aparıb çayın kənarında edərdilər?”
Bunu Moderator.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib.
 
O daha sonra Speys kanalının rəhbəri Vado Korovinin rəhbər vəzifədən uzaqlaşdırılmasından danışıb:
“Ya özü istəyib gedib, ya da çıxarıblar da. Mən nə deyə bilərəm ki? Mənim ağzımla qatıq kəsən var?! Çıxarıblarsa demək ki, məsləhət belədir. Hara rəhbər qoyarlarsa özləri bilərlər. Yazırlar ki, İctimai televiziyaya rəhbər gətirəcəklər. Eşitdiyimə görə maliyyə yeyintiləri olub. Əgər burada yeyibsə, aparıb bir az da pullu yerə qoymazlar ki.. Əgər bu adamın tamah dişi itidirsə, iştahı böyükdürsə, yaxşı yeməyi bacarırsa onda niyə onu aparıb İctimai kanala rəhbər qoysunlar ki?! Buna inanmıram. Mənim Speys kanalına nə ehtiyacım var, nə gedirəm, nə də getmək fikrim var. Çağırırlar da getmirəm. Çünki hər çağırılan yerə getməzlər”, - deyə xalq şairi deyib.
Избранный
2
moderator.az

1Источники