RU

Çempionlar Liqası: "Real" "Bavariya"ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Adalet.az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gələcək. 

Bu axşam 4 köklü komanda meydana çıxacaq. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olacaq. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edəcək. Cütün üstün tərəfi 1/2 finalda PSJ ilə üz-üzə gələcək.

Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşacaq. Cütün qalibi yarımfinalda “Atletiko”ya rəqib olacaq. 

Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub. 

Избранный
1
1
adalet.az

2Источники