RU

Çempionlar Liqası: “Real Madrid” bu gün “Bavariya”nı sınağa çəkəcək

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

İspaniyadakı ilk matçda “Bavariya”ya 1:2 hesabı ilə uduzan “Real Madrid” Almaniyada çətin səfər oyununa çıxacaq. Digər görüş isə İngiltərədə “Arsenal” və Portuqaliya “Sportinq”i arasında olacaq.


Lissabondakı birinci oyunda London klubu 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, ötən gecə baş tutan matçlardan sonra İspaniyanın “Atletiko Madrid” və Fransanın PSJ klubları yarımfinala vəsiqə əldə ediblər.

Bizim.Media

Избранный
19
1
bizim.media

10Источники