Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”, 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Hesabat dövrünün yekunlarına əsasən, bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.
Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.
Belə ki, bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.
2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:
- Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil edib;
- Məcmu kapital 13,5% artaraq 264,05 mln manat olub;
- Kredit portfeli 9% artaraq 1,64 mlrd manat təşkil edib;
- Xalis faiz gəlirləri 15,2% artaraq 47,2 mln manat olub;
- Xalis əməliyyat mənfəəti 22,7% artaraq 22,4 mln manat səviyyəsinə çatıb;
- Xalis mənfəət 17,7% artaraq 17,03 mln manat təşkil edib.
- Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.
Maliyyə sabitliyinin mühüm göstəriciləri:
- I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)
- Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)
- Leverec əmsalı - 7,57% (norma 5%)
- Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.
Qeyd etmək lazımdır ki, 2026-cı ilin birinci rübü ərzində “Bank Respublika”, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.
Daha ətraflı məlumat üçün:
Veb sayt: www.bankrespublika.az
Sosial şəbəkələr: “Facebook”, “Instagram”, “LinkedIn”, “Telegram”
Çağrı Mərkəzi: 144
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.