RU

“Papa abortdan danışanda xoşuma gəlir” -Vens

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens Katolik kilsəsinin rəhbəri Papa XIV Leonu sülh mövqeyinə görə tərifləsə də, onun İran müharibəsi ilə bağlı səsləndirdiyi fikirlərlə razılaşmadığını bildirib.

Məlumata görə, o qeyd edib ki, bəzi katolik ruhanilərin ABŞ siyasətinə yönəlmiş tənqidlərindən məyus olsa da, Papa ilə fikir müxtəlifliyini normal hesab edir.

“Fikir ayrılığı olanda belə xoşuma gəlir. Papa immiqrasiya məsələləri ilə bağlı şərh verəndə, abortdan, müharibə və sülh məsələləri ilə bağlı danışanda xoşuma gəlir, çünki düşünürəm ki, bu, ən azından söhbətə səbəb olur”, – deyə vitse-prezident bildirib.

Vens əlavə edib ki, son aylarda Papanın bəzi açıqlamaları ilə razılaşmayıb. O, xüsusilə Papanın İran müharibəsinə işarə edən fikirlərinə toxunub. Belə ki, Papa “Məsihin davamçıları heç vaxt qılınc və ya bomba istifadə edənlərin tərəfində olmamalıdır” fikrini səsləndirmişdi.

Vitse-prezident isə bu yanaşmaya etiraz edərək bildirib ki, tarixdə hərbi müdaxilələrin zəruri olduğu hallar da olub. O, misal kimi ABŞ qüvvələrinin Avropanın nasistlərdən azad edilməsində rolunu göstərib və belə hallarda müdaxilənin haqlı olduğunu vurğulayıb.

Vens ABŞ siyasətini müdafiə edib və əlavə edib ki, Prezident Donald Tramp beynəlxalq münaqişələrin həllində mühüm rol oynayıb.


Избранный
15
1
azia.az

2Источники