UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.
Msport.az xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gəlib.
İlk oyun günündə 2 qarşılaşma baş tutub. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”ya məğlub olub – 1:2. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.
Günün digər görüşündə isə “Liverpul” PSJ-yə məğlub olub – 0:2. Parisdəki ilk oyunda da Fransa təmsilçisi eyni hesabla qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
“Atletiko” (İspaniya) – “Barselona” (İspaniya) 1:2
İlk oyun – 2:0
“Liverpul” (İngiltərə) – PSJ (Fransa) 0:2
İlk oyun – 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.