RU

“Ağlımda bir plan var və onu dəyişməyəcəyəm” – Dieqo Simeone

“Atletiko” Çempionlar Liqasında yarımfinal mərhələsinə yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu “Barselona”nı turnirdən uzaqlaşdırıb. Görüşün ardından komandanın baş məşqçisi Dieqo Simeone matçı belə şərh edib:

 “Ağlımda bir plan var və onu dəyişməyəcəyəm. Biz nə etməli olduğumuzu yaxşı bilirik və hədəfimiz də bəllidir. Onlar necə oynayırsa, biz də rəqabətli şəkildə oynayacağıq. Rəqibin nə etmək istədiyini bilirik, güclü komandadır və gözləntilərini də anlayırıq. Amma məqsədimiz aydındır — yalnız mərhələ adlamaq.

Hakimlər? Mən komandamı düşünürəm, hakimləri yox. Onların üzərində onsuz da kifayət qədər təzyiq var. Finala yaxınlaşdıqca bu təzyiq daha da artır, çünki qərarların təsiri daha böyük olur. Açığı, mən hakimlər haqqında düşünmürəm”.

Избранный
11
29
idmanxeber.az

10Источники