RU

AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı ictimaiyyətə məlumat verildi

14 aprel 2026-cı il tarixində “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans və AQEM Qadınlar Şurasının yaradılması ilə bağlı brifinq keçirilib.

"Yeni Sabah" xəbər verir ki, Brifinqdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova AQEM-in Azərbaycan sədirliyində Qadınlar Şurasının yaradılması təşəbbüsünün əhəmiyyətini qeyd edib və əldə edilən nəaliyyətlərdən danışıb.

Sədr vurğulayıb ki, AQEM və Azərbaycan höküməti arasında digər sahələrlə yanaşı qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində davamlı əməkdaşlıq aparılacaq: “Biz həm də qadın və uşaqların maraqlarını Qadınlar Şurası sayəsində AQEM-də irəli sürəcəyik”.


Telegram kanalımız
Избранный
29
yenisabah.az

1Источники