RU

AİİB Orta Dəhlizə investisiya qoymağa maraq göstərir

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) həm Orta Dəhliz infrastrukturuna, həm də enerji sektoruna investisiya qoymağa yüksək maraq göstərir.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili AİİB nümayəndələri ilə görüşdən sonra bildirib.

Onun sözlərinə görə, görüşdə sərmayələrin yönəldilə biləcəyi prioritet istiqamətlər razılaşdırılıb.

"Söhbət Gürcüstanın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsindən gedir. Bura Orta Dəhlizin həm avtomobil, həm dəmir yolu, həm dəniz və hava infrastrukturu daxildir. Enerji sektoru da AİİB üçün maraq kəsb edən sahədir. Biz razılaşdıq ki, yaxın gələcəkdə AİİB-ın xüsusi missiyası Gürcüstana səfər edəcək və bu səfər çərçivəsində bankın Gürcüstanda maliyyələşdirəcəyi konkret layihələr müzakirə olunacaq", - Xutsişvili əlavə edib.

Избранный
13
1
apa.az

2Источники