RU

ABŞ İranla böyük bir saziş bağlamağa hazırdır

ain.az, Oxumeni.az portalına istinadən məlumat verir.

ABŞ İranla böyük bir saziş bağlamağa hazırdır

ABŞ prezidenti Donald Tramp İranla bir razılığa gəlmək niyyətindədir. Oxuməni.az xəbər verir ki, bu barədə aprelin 14-də ABŞ vitse-prezidenti Cey Di Vens Corciya Dövlət Universitetində keçirilən forumda çıxışı zamanı bildirib.

"O, möhtəşəm bir razılıq əldə etmək istəyir. İrana təklif etdiyi şey çox sadədir, lakin açıq desək, heç bir başqa prezidentin bunu etmək imkanı olmayıb", - deyə Vens bildirib.

O, qeyd edib ki, Tramp "kiçik bir saziş" bağlamağı hədəfləmir. Vensin sözlərinə görə, əgər İran münasibətlərin normallaşmasına hazır olduğunu göstərsə, ABŞ da İrana iqtisadi baxımdan "normal bir ölkə kimi" yanaşmağa hazır olacaq.

Aprelin 14-də Tramp Vaşinqton və Tehran arasında növbəti danışıqlar raundunun yaxın iki gün ərzində Pakistanda baş tuta biləcəyi ehtimalını irəli sürüb. Ağ Ev rəhbəri qeyd edib ki, ABŞ danışıqların məhz Pakistanda keçirilməsini üstün tutur, çünki onun sözlərinə görə, digər ölkələrin münaqişə ilə heç bir əlaqəsi yoxdur.

Həmin gün İranın "DiploHouse" analitik mərkəzinin direktoru Həmid Rza Qolamzadə bildirib ki, ABŞ-ın "maksimum planı" işə yaramadıqdan və hərbi əməliyyat əhəmiyyətli nəticələr vermədikdən sonra İran danışıqlar masasında mövqeyini gücləndirib.

Almaz Həsənli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
16
1
oxumeni.az

2Источники