RU

Britaniya şirkəti Azərbaycanda gümüş istehsalını 41%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining" şirkəti bu ilin birinci yarısında 42 796 unsiya gümüş hasil edib. Bu, illik müqayisədə 41,2% çoxdur.

Banco.az şirkətə istinadən xəbər verir ki, şirkət 2025-ci ilin eyni dövründə 30 315 unsiya gümüş hasil edib.

Əlavə edək ki, "Anglo-Asian Mining" Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) müqaviləsi çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
7
3
banco.az

4Источники