RU

“Azərpoçt” vətəndaşlara saxta mesajlarla bağlı xəbərdarlıq edir

Son günlər bəzi vətəndaşlara “Azərpoçt” adından bağlama çatdırılması ilə bağlı saxta mesajların göndərilməsi halları müşahidə olunur. Bu mesajlarda istifadəçilərdən linkə keçid etmələri və ya şəxsi məlumatlarını təsdiqləmələri tələb olunur. 

“İki sahil” xəbər verir ki, vətəndaşlara şübhəli linklərə daxil olmamaq, naməlum nömrə və ya e-poçt ünvanlarından gələn bildirişlərə etibar etməmək, eləcə də şəxsi və bank məlumatlarını üçüncü şəxslərlə paylaşmamaq tövsiyə olunur.

Qeyd edək ki, bu cür müraciətlər “Azərpoçt” tərəfindən göndərilmir. Bu kimi hallarla qarşılaşdıqda, vətəndaşlardan məlumatı dərhal “Azərpoçt”un 169 Çağrı Mərkəzi və ya rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmələri xahiş olunur.

“Azərpoçt”la bağlı şübhəli mesaj və ya bildirişlər aldıqda, məlumatı dərhal “Azərpoçt”un 169 Çağrı Mərkəzi və ya rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirməyinizi xahiş edirik.

Избранный
17
ikisahil.az

1Источники