RU

Hakan Çalhanoğlunun menecerindən Qalatasaray iddialarına cavab

sport24.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hakan Çalhanoğlunun meneceri Qordon Stipic futbolçunun gələcəyi və "Qalatasaray"a keçəcəyi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, menecer ümumilikdə bu cür iddiaları şərh etməyi sevmədiyini bildirsə də, bu dəfə məsələyə nöqtə qoymağın vacib olduğunu vurğulayıb.Onun sözlərinə görə, Hakan Çalhanoğlu hazırda "İnter" ilə 2027-ci ilə qədər müqaviləyə sahibdir və həm İtaliyada, həm də klubunda özünü çox xoşbəxt hiss edir.Stipic "cim-bom"la bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini xüsusi qeyd edib:"Keçmişdə də bu tip iddialar ortaya atılıb və indi yenidən gündəmdədir. Lakin həqiqət budur ki, nə ötən yay, nə də yanvarda "Qalatasaray"la heç bir danışıqlar aparılmayıb. Heç bir rəsmi maraq və ya sorğu olmayıb".Menecer həmçinin futbolçunun diqqətini tam olaraq hazırkı klubuna yönəltdiyini bildirib. Onun sözlərinə görə, Çalhanoğlu komandanın uğurları, çempionluq mübarizəsi və qarşıdan gələn dünya çempionatı barədə düşünür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
sport24.az

1Источники