Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı, 15 aprel, AZƏRTAC
Cari ilin yanvar-mart aylarında neft-qaz sektoruna 1 milyard 525,9 milyon manatlıq vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 47 faiz artıb.
Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 1 milyard 37,7 milyon manat səviyyəsində olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.