Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Hərbi Dəniz Qüvvələri Yaxın Şərqdə bahalı pilotsuz uçuş aparatının (PUA) itkisini rəsmən etiraf edib.
Ölkə.az xəbər verir ki, aprelin 9-da MQ-4C Triton kəşfiyyat dronu qəzaya uğrayıb. Xəsarət alanlar barədə məlumat verilməyib. Lakin əməliyyat təhlükəsizliyi səbəbindən dronun qəza yeri açıqlanmır.
Mövcud məlumatlara görə, MQ-4C dronun qiyməti təxminən 240 milyon dollardır.
Aprelin 9-da Amerikanın Northrop Grumman MQ-4C Triton PUA-sı Hörmüz boğazı üzərindən uçarkən qəza siqnalı göndərdiyi bildirildi. PUA uçuşa davam edib, lakin tezliklə transponderdə nasazlıqlar yaranıb. Daha sonra, Bəhreynin şimalında Triton bir neçə dəqiqə ərzində 16 km-dən 3 km-ə kəskin şəkildə düşüb. Bu zaman PUA-nın transponderi sıradan çıxıb.
Mürtəza
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.