RU

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb

2026-cı ilin yanvar-mart aylarında qızıl istehsalı 19,8 faiz azalaraq 601,1 kiloqram təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, aprelin 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 115,6 kiloqram olub.

Hesabat dövrü ərzində gümüş istehsalı 14,4 faiz azalaraq 972,1 kiloqram təşkil edib.

Aprelin 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6 faiz azalaraq 489,6 kiloqram qeydə alınıb.

Избранный
7
6
yeniazerbaycan.com

10Источники