RU

Bakı beynəlxalq filateliya görüşünə ev sahibliyi edəcək

“Azərpoçt” MMC-nin təşkilatçılığı ilə 15–16 aprel tarixlərində Bakıda beynəlxalq filateliya üzrə işçi qrupun görüşü keçiriləcək.

“İki sahil” xəbər verir ki, tədbir “PostEurop” ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq və müxtəlif Avropa ölkələrinin poçt operatorlarının nümayəndələrini, eləcə də Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının (WADP) təmsilçilərini bir araya gətirəcək. Görüş çərçivəsində EUROPA markalarının 70 illiyinə həsr olunmuş tədbir, marka təqdimatları və filateliyanın inkişaf istiqamətləri müzakirə olunacaq.

Избранный
5
ikisahil.az

1Источники