Bakı. Trend:
Bir dövləti və xalqı dünyaya tanıdan yalnız onun elmi,mədəniyyəti, incəsənəti və siyasi-iqtisadi uğurları deyil. Dövlətivə xalqı dünyaya daha yaxından tanıdan, daha dolğun təqdim edən həmdə onun görkəmli şəxsiyyətləri, dəyərli ziyalıları və alimləridir.Tibb elmləri doktoru, akademik, xalqımızın Ulu Öndəri HeydərƏliyevin ömür-gün yoldaşı, bütün elmi fəaliyyətini Azərbaycandaoftalmologiyanın inkişafına həsr etmiş Zərifə xanım Əliyevaxalqımızın barəsində hər zaman fəxarətlə söz açılan belə görkəmlişəxsiyyətlərindən və dəyərli alimlərindən biridir.
Azərbaycanda tibb elmi XX əsrdə böyük inkişaf yolu keçib,mütərəqqi uğurlara imza atıb. Dəyərli alimlərimiz, həkimlərimiztibbin bir çox sahələrində hər zaman öz sözlərini deyiblər. Busırada akademik Zərifə xanım Əliyevanın oftalmologiyanın inkişafınaverdiyi töhfələr yalnız Azərbaycanda deyil, bütün keçmiş ittifaqmiqyasında tibb elminin parlaq səhifələrini təşkil edir. 1947-ciildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktikafakültəsini əla qiymətlərlə bitirdikdən sonra bütün ömrünü vəfəaliyyətini müqəddəs həkimlik peşəsinə və tibb elminə həsr edənZərifə Əliyevanın müasir Azərbaycan səhiyyəsinin və tibb elmininyüksəlişindəki xidmətləri əvəzolunmazdır.
Zərifə Əliyevanın hələ XX əsrin qırxıncı illərinin sonundarespublikamızda geniş yayılan, gözü zədələyən, hətta tam korluğasəbəb olan traxoma infeksion xəstəliyinin qarşısının alınmasıistiqamətində gördüyü misilsiz işlər hər zaman böyük minnətdarlıqlaxatırlanacaq. Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvolunması məhz Zərifə Əliyevanın adı və fəaliyyəti ilə bağlıdır. O,respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyinyaranma səbəblərini araşdırıb və xəstəlik ocaqlarında kompleksşəkildə müalicə-profilaktik tədbirləri həyata keçirib. Təsadüfideyil ki, həkim kimi bu sahədəki fəaliyyətinin və uğurlu elmitədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiəetdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdəsintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasınınəsasını təşkil edib. Bu sahə üzrə ixtisaslaşaraq elmlər namizədidərəcəsi alan Zərifə Əliyevanın təklif etdiyi müalicə metodutezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdənxilas olub.
Görkəmli alim öz tədqiqatlarında traxoma ilə mübarizə ilə yanaşıoftalmologiyanın digər aktual məsələlərinə də geniş yer ayırıb.Məsələn, böyük alimin tədqiqatları sırasında oftalmologiyanın elmicəhətdən daha az araşdırılmış sahəsi – görmə orqanının patologiyasıda xüsusi yer tutur. Bu problemin aktuallığı yalnız kimya vəelektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yenikimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmişəkildə tədqiq olunmaması ilə əlaqədar idi. Bu istiqamətdəkiçoxillik müşahidələrinin, klinik tədqiqatlarının vəeksperimentlərinin nəticələri Zərifə xanım Əliyevanın doktorluqdissertasiyasının əsasını təşkil edib. Görmə orqanının patologiyasıilə bağlı yorulmaz və əzmkar elmi fəaliyyət nümunəsi göstərən alim“Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görməorqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanınən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adınaMoskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə edib. Budissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini alıb,oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olub və 1977-ciildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilib.Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan DövlətHəkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasınınprofessoru seçilən Zərifə Əliyeva 1981-ci ildə oftalmologiyanıninkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşəpatologiyası sahəsində apardığı elmi tədqiqatlara görəoftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb ElmləriAkademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb.Görkəmli alimin 1983-cü ildə nəzəri və təcrübi təbabətdə qazandığımüvəffəqiyyətlərə, alınan elmi nəticələrinin səhiyyə praktikasındageniş tətbiqinə, yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasıyolunda göstərdiyi dəyərli xidmətlərinə görə Azərbaycan ElmlərAkademiyasının həqiqi üzvü seçilməsi isə respublikanın akademiklərailəsinə yeni istiqamət, yeni nəfəs gətirib. Qeyd edilməlidir ki,Zərifə Əliyevanın adı Azərbaycan oftalmoloqları arasında AzərbaycanElmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk alim-oftalmoloq kimitarixə düşüb. Zərifə Əliyeva bir sıra orden və medallara da layiqgörülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb.
Kadr hazırlığına, gənc həkimlərin peşə fəaliyyəti ilə bağlıproblemlərinin öyrənilməsinə və həllinə də xeyli zəhmət sərf edənZərifə Əliyevanın birbaşa rəhbərliyi altında oftalmoloqların böyükbir nəsli yetişib. Zərifə Əliyeva tələbələrinə zəngin həyattəcrübəsini öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Onunçoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunub,“Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimiformalaşması prosesinə dəyərli töhfə verib.
Zərifə Əliyeva həm həkim, həm də alim kimi Azərbaycanziyalısının ən gözəl nümunəsini nümayiş etdirən bir şəxsiyyət idi.Eyni zamanda, Zərifə Əliyeva Azərbaycan qadınlarına məxsus alimənəvi keyfiyyətlərin daşıyıcısı olub. Bu gün Azərbaycan Prezidentiİlham Əliyevin malik olduğu yüksək keyfiyyətlərin fonunda həm dəbir ana kimi Zərifə Əliyevanın mənəvi zənginliyi görünür. Ulu ÖndərHeydər Əliyev çıxışlarının birində bu barədə deyib:
"Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlıolubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yoldaçalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətləçalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük roluolub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çoxyüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımınbütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikirverməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinədüşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətləyerinə yetirib".
Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində apardığıtədqiqatlar və ortaya qoyduğu fundamental nəticələr bu gün dəölkəmizdə tibb elminin inkişafına böyük töhfələr verir. Onun elmiəsərləri, monoqrafiyaları və dərs vəsaitləri hər zaman özaktuallığını qoruyacaq, tələbələr və alimlər üçün dəyərli mənbəolaraq qalacaq.
1985-ci il aprelin 15-də, ömrünün 62-ci baharında vəfat edənakademik Zərifə Əliyeva öz əməlləri ilə Azərbaycan xalqınınqəlbində daim yaşayır və yaşayacaq. Anım günündə bir daha ZərifəƏliyevanı hörmətlə anır, əziz xatirəsini böyük ehtiramla yadedirik.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı