RU

"Anglo Asian Mining" 2026-cı ilin I rübündə Azərbaycanda sabit qızıl hasilatını qoruyub saxlayıb

Bakı. Trend:

"Anglo Asian Mining plc" 2026-cı ilin birinci rübündə qızılhasilatında ümumilikdə sabit göstəricilər qeydə alıb, illikmüqayisədə cüzi artım müşahidə olunub.

Trend xəbər verirki, qızılın ümumi istehsal həcmi 6,062 unsiya təşkil edib, bu da2025-ci ilin eyni dövründəki 6,028 unsiya ilə müqayisədə artımdeməkdir.

Ümumi həcmin 4 842 unsiyası dore külçələri şəklində qızılınpayına düşüb, daha 1 220 unsiya isə flotasiyadan və SARTtexnologiyası ilə emaldan əldə olunub.

Qeyd edək ki, 2025-ci ilin yekunlarına görə şirkət 25 061 unsiyaqızıl istehsal edib.

Şirkətin strateji inkişaf planı 2030-cu ilədək orta səviyyəli,çoxprofilli mis və qızıl istehsalçısına çevrilməni nəzərdə tutanaydın müəyyən edilmiş transformasiya yolunu ehtiva edir. Bu vaxtaqədər misin şirkətin əsas məhsuluna çevriləcəyi və illik hasilatın50–55 min ton səviyyəsində olacağı proqnozlaşdırılır.

Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzindəyeni üç yatağın — “Xarxar”, “Qaradağ” və “Zəfər” — istismaraverilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyəverilmiş “Gilar” və “Dəmirli” yataqlarına əlavə olunacaq.

“Gilar” yatağında hasilata 2025-ci ilin mayında, “Dəmirli”yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.

Məqalədə:
Избранный
12
1
az.trend.az

1Источники