RU

Rubinyan: Rusiya seçkiləri oğurlamaq üçün oliqarxı Ermənistana göndərib

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan rusiyalı oliqarx Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının üzvləri tərəfindən seçki rüşvətinin paylanması məsələsinə münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada paylaşım edib.

“Kaluqalı oliqarxın tərəfdarları növbəti dəfə seçki rüşvəti paylayarkən yaxalanıblar. Elə bir qüvvə ilə qarşı-qarşıyayıq ki, açıq və məqsədli şəkildə Ermənistana göndərilib ki, seçkilərimizi oğurlasın. Onlar elə düşünürlər ki, Ermənistan xalqını pulla satın ala bilərlər. Əgər siz seçki rüşvəti paylasanız və müvafiq qadağaları pozsanız, cinsindən, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, həbs olunacaqsınız”, - vitse-spiker deyib.

“Güclü Ermənistan” partiyasının üzvləri Qohar Qumaşyan və Verjine Stepanyan dünən müvafiq ittiham üzrə saxlanılsalar da, bu gün səhər inzibati nəzarət altında sərbəst buraxılıblar. Korrupsiyaya Qarşı Mübarizə Komitəsində dindirilən partiya üzvləri barəsində iş məhkəməyə göndəriləcək.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
4
2
sherg.az

3Источники