RU

Kənd təsərrüfatı məhsullarının istehsalı artıb

Yanvar-mart ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 717,6 milyon manat təşkil edib ki, onun da 1 milyard 616,3 milyon manatı heyvandarlıq, 101,3 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Dövlət Statistika Komitəsindən XQ-yə bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,1 faiz çox kənd təsərrüfatı məhsulu istehsal edilib, heyvandarlıq məhsullarının istehsalı 0,9 faiz, bitkiçilik məhsullarının istehsalı 5,5 faiz artıb.

Hesabat dövründə diri çəkidə 144,1 min ton ət, 500,5 min ton süd, 567 milyon ədəd yumurta və 116,1 min ton tərəvəz istehsal olunub. Ötən ilin yanvar-mart ayları ilə müqayisədə tərəvəz istehsalı 5,5 faiz, ət istehsalı 1,8 faiz artıb, süd istehsalı 0,5 faiz, yumurta istehsalı 2,8 faiz azalıb.

Избранный
1
4
xalqqazeti.az

7Источники