RU

Türkiyə və Qazaxıstan ticarət dövriyyəsini 15 milyard dollara çatdırmağı hədəfləyir

Astana, 15 aprel, AZƏRTAC

Türkiyə və Qazaxıstan qarşılıqlı ticarət həcmini 15 milyard dollara çatdırmağı planlaşdırır.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bunu Qazaxıstanın Baş naziri Oljas Bektenovun iştirakı ilə keçirilən Ticarət və İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında bildirib.

“Qarşılıqlı ticarət dövriyyəmiz 10 milyard dollara çatıb, bu, rekorddur. İki ölkə liderləri tərəfindən müəyyən edilmiş hədəfimiz 15 milyard dollardır”, - deyə Yılmaz bildirib. O, Türkiyə və Qazaxıstanın ortaq tarix, mədəniyyət və gələcəyə baxışla birləşən strateji tərəfdaşlar olduğunu vurğulayıb.

Yılmaz, həmçinin Türkiyə iqtisadiyyatının sabit artımını qeyd edib: 2025-ci ilə qədər bu göstərici 3,6 faiz olacaq, ÜDM 1,6 trilyon dollara çatacaq və adambaşına düşən gəlir 18.000 dollar olacaq.

Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Избранный
7
1
azertag.az

2Источники