RU

"İran Xamenei və komandirlərin qisasını alacaq"

İran Ali Lideri Əli Xamenei və bir neçə yüksək rütbəli hərbi komandirin ABŞ və İsrail hücumlarında öldürülməsinin qisası alınacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İran parlamentinin sədr müavini Əli Nikzad bildirib.

O qeyd edib ki, “Bu qisas uyğun vaxtda və yerdə, diqqətlə planlaşdırılmaqla həyata keçiriləcək və düşmənlərimiz hərəkətlərinin bədəlini ağır şəkildə ödəməyi gözləməlidirlər”.

Nikzad həmçinin vurğulayıb ki, uranın zənginləşdirilməsi yalnız “dinc məqsədlər üçün” istifadə olunur və bu, İranın “mütləq hüququ və qırmızı xətti”dir.

Millət vəkili əlavə edib ki, İran Livan, Yəmən, İraq və Suriyadakı müttəfiq qüvvələri ilə əməkdaşlığı davam etdirəcək.

Aminə ŞAHSUVARQIZI

Избранный
22
1
redaktor.az

2Источники