Apasport saytına istinadən ain.az xəbər verir.
Azərbaycanın badminton məşqçiləri Gürcüstanda beynəlxalq kurslarda iştirak edirlər.
Apasport.az xəbər verir ki, ABF Dünya Badminton Federasiyası (BWF) və Avropa Badminton Konfederasiyası (BEC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qurumun strateji planına uyğun olaraq, beynəlxalq lisenziyalı "Coaching Education Level 1" (I dərəcə) məşqçilik kurslarının təşkili və keçirilməsində mütəmadi iştirak edir.
Badminton məşqçilərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq lisenziya sertifikatı əldə etməsi məqsədilə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi tərəfindən cari ilin 6–9 mart tarixlərində Türkiyənin Alanya şəhərində 8 məşqçi üçün "Badminton Shuttle Time Tutor" kursu keçirilib.
Hazırda isə 14–18 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə "Coaching Education Level 1" üzrə növbəti məşqçilik kursu təşkil olunur. Təlimdə Azərbaycan, Gürcüstan və Latviyadan olan məşqçilər iştirak edirlər. Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvidir.
Azərbaycanı bu təlimdə Nübar Orucova, Türkan Sadıqova və Vaqif İsmayılov təmsil edirlər. Kurs çərçivəsində badminton üzrə məşq materialları, treninqlər, nəzəri və praktiki məşğələlər təşkil olunur. Təlimə ümumilikdə 12 badminton məşqçisi qatılıb. "Level 1" proqramını uğurla başa vuran iştirakçılar Dünya Badminton Federasiyası tərəfindən beynəlxalq sertifikatla təltif olunurlar. Bu sertifikat məşqçilərə dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlara uyğun badmintonçuların hazırlanması istiqamətində fəaliyyət göstərmək imkanı yaradır.
Qeyd edək ki, "Level 1" dərəcəsi milli komandalarda məşqçi kimi çalışmaq üçün də əsas kvalifikasiyalardan biri hesab olunur.
Millimizin üzvü: "Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Azərbaycanlı hakim-inspektor dünya çempionatına təyinat alıb
Millimiz Gürcüstan və Qazaxıstanla qarşılaşacaq
Azərbaycanlı hakimlər Avropa Kubokuna təyinat alıblar
Azərbaycanda BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib - FOTO
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.