RU

Vüsal Nəsirli iki rəisi işdən çıxardı

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı qurumun İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi postundan azad ediliblər.

Saytın əməkdaşı məlumatın dəqiqləşdirilməsi üçün aprelin 14-də AAYDA-nın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. A.Nəcəfli xəbəri dəqiqləşdirib məlumat verəcəyini bildirsə də, sonradan mesajlara cavab verməyib və zəngləri açmayıb.

Belə olduğu halda saytın əməkdaşı faktın dəqiqləşdirilməsi üçün (012) 599-79-75 nömrəli xüsusi telefon xətti (“Çağrı Mərkəzi”) ilə əlaqə saxlayıb. Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.


Telegram kanalımız
Избранный
16
26
yenisabah.az

10Источники