RU

İranlı supertanker ölkə sularına daxil oldu

Hörmüz boğazında ABŞ-ın dəniz nəzarəti və blokada tədbirlərinə baxmayaraq, sanksiya altında olan İran supertankerinin boğazdan keçərək ölkə sularına daxil olduğu bildirilib.

VAXT.AZ “Fars” agentliyinə istinadən xəbər verir ki, adı açıqlanmayan supertanker Hörmüz boğazından keçərək ərazi sularına qayıdıb. Gəminin adı və yükü barədə əlavə məlumat verilməyib.

ABŞ tərəfi Hörmüz Boğazı ətrafında dəniz nəzarətini gücləndirdiyini və bölgədə 15-dən çox hərbi gəmi ilə əməliyyat apardığını açıqlamışdı. Eyni zamanda F-35 tipli döyüş təyyarələrinin də bölgədə patrul uçuşları həyata keçirdiyi bildirilirdi.

“Wall Street Journal”ın məlumatına görə, son 24 saat ərzində 20-dən çox ticarət gəmisi boğazdan keçid edib. ABŞ rəsmiləri isə gəmilərin Hörmüz Boğazının İran sahillərinə yaxın hissəsində deyil, Oman körfəzində daha uzaq zonada cəmləşdiyini qeyd edib.

Rəsmilər bu vəziyyətin ABŞ qüvvələrinə manevr və təminat baxımından üstünlük verdiyini, həmçinin İranın gəmi əleyhinə sistemlərinin təsir riskini azaltdığını bildiriblər.

Məlumata görə, ABŞ-ın nəzarət tədbirlərinə baxmayaraq, sanksiya siyahısında olan “Rich Starry” adlı Çin yük gəmisi də boğazdan keçid edib. Gəminin Birləşmiş Ərəb Əmirliklərindən yük götürdüyü qeyd olunur.

Избранный
18
vaxt.az

1Источники