RU

Aliment ödənməzsə, mənəvi zərər yaranır? - Ali Məhkəmə açıqladı

Ali Məhkəmə “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında izah edir ki, valideynlərin və uşaqların şəxsiyyət hüquqları pozularsa, həmin hüquqların bərpası ilə yanaşı mənəvi zərərin ödənilməsi də tələb edilə bilər.

"Cebheinfo.az" xəbər verir ki, valideynlər uşaqların tərbiyə və təhsilində iştirak etmək, uşaqla ünsiyyətdə olmaq, yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək, ailə qanunvericiliyi ilə təsbit edilmiş digər hüquqlara malikdir. Bu hüquqlar eyni qaydada övladlığa götürənlərə də şamil edilir.

Uşaqların isə  ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, təhsil almaq, istismardan, zərərli təsirlərdən,cinsi istismardan və cinsi zorakılıqdan müdafiə olunmaq, cinsi ayrı-seçkiliyə məruz qalmamaq, valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq və digər hüquqları var.

Valideynlik və uşaq şəxsiyyət hüquqlarının bir çoxu qarşı tərəfin öhdəlikləri ilə şərtləndirilib. Həmin öhdəliklərin pozulması mənəvi zərər yaradır.Valideynlik hüquqlarından sui-istifadə edən və onu uşaqların mənafeyinə zidd həyata keçirən, heç bir üzrlü səbəb olmadan uşağını doğum evindən və yaxud hər hansı sosial xidmət müəssisəsindən götürməkdən imtina edən, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirən,  uşaqları istismar edən, təhqir edən, mənəviyyatını alçaldan, qəddarlığa, kobudluğa, biganəliyə yol verən valideyn bu kimi hərəkətləri ilə uşaqların şəxsiyyət hüquqlarının pozur və onlara mənəvi zərər vurur.

Eyni məsuliyyəti övladlığa götürən, valideyn himayəsindən məhrum olmuş uşaqların tərbiyəsi ilə məşğul olan qəyyum (himayəçi) və ya himayədar valideynlər (atalıq, analıq edənlər), habelə sosial xidmət müəssisələri də daşıyırlar.

Valideyn və uşaqların bir-biri ilə ünsiyyət hüququnun pozulması mənəvi zərərə səbəb olur.

Uşaqlarla yaşayan valideynin digər valideynlə uşağın ünsiyyətinəqanunsuz maneəsi həm valideynin, həm də uşağın şəxsiyyət hüquqlarına müdaxilədir.Uşaqdan ayrı yaşayan valideynin və uşağın bir-biri ilə ünsiyyət hüququ məhkəmə qərarı ilə yaranmır, bu hüquq uşağın doğulduğu andan mövcud olan fundamental hüquqdur.

Görüş tələbindən əsassız olaraq imtina edildiyi an pozuntubaş verir.Ona görə də, uşağı ilə ünsiyyət hüququ pozulmuş valideyn məhkəmədə uşaqla görüşmək tələbiilə yanaşı mənəvi zərərin kompensasiyasını da istəyə bilər.

Ünsiyyət hüququnun pozulması ilə bağlı vurulmuş mənəvi zərər tələblərində məhkəmələr mənəvi təzminatın həcmini müəyyən edərkən ümumi meyarlarla yanaşıünsiyyətin pozulduğu müddət, valideynlə uşağın emosional bağlılığı və digər halları nəzərə ala bilər.

Qeyd edilənlər həmçinin baba, nənə, bacı, qardaş və digər qohumların uşaqla ünsiyyətlə bağlı şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinə baxılarkən də tətbiq edilir.

Alimentin ödənilməməsibirbaşamənəvi zərərə səbəb olmur. Aliment əmlak hüququdur vəödənilməməsi maddi zərərlə nəticələnir. Lakin buhal uşağın yaşamaq, sağlamlıq, təhsilvədigər şəxsiyyət hüquqlarınıpozarsa mənəvi zərərəsəbəb ola bilər.

Bu əsasla mənəvi zərər tələbi irəli sürən şəxs öz tələbini əsaslandırılmalı və sübut etməlidir ki, uşağınsadalanan şəxsiyyət hüquqları məhz aliment ödənilmədiyi üçünpozulub.Əks təqdirdə, belə tələblər təmin edilməyəcək. 

Belə hərəkətlər həm uşağın, həmdəonunla yaşayan valideynin sərbəst hərəkət etmək azadlığının və digər aidiyyəti şəxsiyyət hüquqlarının (təhsil, sağlamlıq, istirahət, mədəni və mənəvi inkişaf və digər) pozulmasıdır. Belə hüquqlar məhkəmə qərarı ilə yaranmır, qanundan irəli gələn hüquqlardır. Ona görə də, uşağın ölkədən çıxışına qanunsuz maneə yaradıldığı an pozuntu baş verir. Odur ki, belə hallarda mənəvi zərərin kompensasiyası tələbləri buna dair icazənin verilməsi barədə iddia ilə birlikdə və ya ayrılıqda qaldırıla bilər.

Uşaqların məhkəmə müdafiəsi necə təmin edilir?

Uşaqlara vurulan mənəvi zərərin kompensasiyası tələbləri üzrə iddialartam fəaliyyət qabiliyyəti əldə edənədək qanuni nümayəndə qismində çıxış edən valideynlər və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən irəli sürülə bilər. 

Belə iddialar irəli sürülməmişsə, uşaqlar özləri tam fəaliyyət qabiliyyəti əldə etdikdən sonra bu barədə müstəqil iddia qaldıra bilər.

Ali Məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarının qəbulundan əvvəlki tarixlərdə baş verən pozuntulara görə mənəvi zərər tələb edilə bilərmi?

Sözügedən qərarrəsmi izah xarakteri daşıyır və  əvvəlki tarixlərdə baş vermiş pozuntulara görə mənəvi zərər tələbləri üçün heç bir maneə yaratmır.

"Cebheinfo.az"

Избранный
18
33
cebheinfo.az

10Источники