RU

Məşhur aktrisadan sarsıdıcı etiraf: Atam sağ ikən morqa qoyulub FOTO

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur aktrisa Pınar Deniz qatıldığı proqramda ailəsi ilə bağlı bu günədək bilinməyən faktları ilk dəfə açıqlayıb.Bizim.Media xəbər verir ki, bu barədə “haberler.com” saytı yazıb.O bildirib ki, atası Beyrutda vətəndaş müharibəsi zamanı ağır yaralanıb və xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ümidsiz hesab edildiyi üçün o, ölü bilinərək morqa aparılıb.

 

Pınar Denizin sözlərinə görə, babası oğlunu tapmaq üçün xəstəxanada tanıdığı həkimin köməyi ilə morqa gedib və atasını orada tapıb. Məhz bundan sonra onun müalicəsinə başlanılıb.

Aktrisa ailəsinin mənşəyinə də toxunaraq bildirib ki, əcdadları Mardindən Beyruta, daha sonra isə yenidən Mardinə qayıdıblar.O, uşaqlıqda ərəb dilində danışdığını da deyib və anasına “mama” deyə müraciət etdiyini xatırladıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
bizim.media

2Источники