Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki yüksək vəzifəli şəxs işdən azad olunub.
Milli.Az-ın əldə etdiyi məlumata görə, Cəfərov Elşən Ayaz oğlu Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Quliyev Cavanşir Cavad oğlu isə İşlər və komplektləşdirmə idarəsinin rəisi vəzifəsindən azad olunub.
Bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmrlər imzalayıb.
Onların yerinə isə yeni təyinatlar olmayıb.
Mehman Əsədov
Milli.Az