RU

Keti Perrinin ona təcavüz etdiyini iddia etdi

Olay.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avstraliyalı aktrisa Rubi Rouz Keti Perri tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

OLAY yazır ki, 40 yaşlı aktrisa pop ulduzun “Coachella” festivalında Castin Biber konsertinə reaksiyasını şərh edərkən 20 il əvvəl yaşadığı dəhşətli hadisəni etiraf edib.

Rubi Rouzun sözlərinə görə, hadisə Melburnun gecə klublarından birində baş verib. O, dostları ilə vaxt keçirərkən Keti Perrinin ona yaxınlaşaraq hamının gözü qarşısında alt paltarını çıxardığını və ona qarşı qeyri-etik hərəkətlər etdiyini iddia edib. O dövrdə 20 yaşında olduğunu deyən Rouz, polisə müraciət etmədiyini, ona inanılmayacağından qorxduğunu qeyd edib.

“Mənə bu barədə açıq danışmaq üçün təxminən 20 il lazım oldu. İndi isə özümü hazır hiss edirəm, amma bu, travmaların və seksual zorakılığın insana nə qədər təsir etdiyini göstərir. Məni dinlədiyiniz üçün təşəkkür edirəm”, – deyə Rubi Rouz bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
olay.az

1Источники