RU

Azərbaycanlı məktəbli qızlar Avropa riyaziyyat olimpiadasında üç bürünc medal qazanıb

Azərbaycanlı məktəbli qızlar Fransada keçirilən Avropa Qızlar Riyaziyyat Olimpiadasında üç bürünc medal qazanıblar. Bu barədə Təhsil İnstitu məlumat yayıb. 

XV Avropa Qızlar Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edən üç şagird bürünc medala layiq görülüb.

Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Gülay Əlizadə, həmin liseyin X sinif şagirdi Zeynəb Umudlu və Bakı şəhər 236 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ləman Nəbiyeva yarışda mükafat qazanıblar.

Olimpiada qızların riyaziyyat üzrə bilik və bacarıqlarının beynəlxalq səviyyədə qiymətləndirilməsi və iştirakının təşviqi məqsədi daşıyır. Bu il yarış Fransanın Bordo şəhərində keçirilib.

Nazirliyin məlumatına görə, indiyədək Azərbaycan məktəbliləri bu olimpiadada ümumilikdə 2 qızıl və 12 bürünc medal qazanıblar.

Gülnar Nazimqızı 

Избранный
7
anews.az

1Источники