RU

WhatsApp-dan yeni təhlükəsizlik addımı: bağlı cihazlara nəzarət gücləndirilir

WhatsApp son dövrlərdə interfeys və status yeniliklərindən sonra indi təhlükəsizlik sahəsində yeni funksiyalar üzərində işləyir. Şirkət xüsusilə bir neçə cihaz istifadə edənlər üçün daha çox nəzarət və qoruma təmin etməyi hədəfləyir.

Söhbət kilidi artıq bağlı cihazlarda

Yeniliyin ən diqqətçəkən tərəfi “söhbət kilidi” funksiyasının bağlı cihazlara da şamil olunmasıdır. Daha əvvəl yalnız əsas cihazda mövcud olan bu xüsusiyyət artıq kompüter və planşet kimi qoşulmuş cihazlarda da aktiv edilə biləcək. İstifadəçilər xüsusi şifrə vasitəsilə həssas yazışmalarını qoruma altına ala biləcəklər. Bu isə başqa cihazdan hesaba daxil olunsa belə, şəxsi mesajların görünməsinin qarşısını alacaq.

Anlıq bildirişlərlə təhlükəsizlik artır

WhatsApp-ın hazırladığı digər mühüm yenilik isə bağlı cihazların fəaliyyətinin daha şəffaf izlənməsidir. Yeni sistemə əsasən, eyni anda bir neçə cihaz aktiv olduqda istifadəçiyə dərhal bildiriş göndəriləcək.

Məsələn, istifadəçi telefonunda WhatsApp-dan istifadə edərkən başqa bir cihazda hesaba giriş olarsa, tətbiq bunu avtomatik aşkar edərək xəbərdarlıq edəcək. Bu da icazəsiz girişlərin daha tez müəyyən olunmasına və dərhal müdaxilə edilməsinə imkan verəcək.

Избранный
25
aznews.az

1Источники