RU

Oslo və Kiyev Ukrayna dronlarının istehsalını Norveçdə lokallaşdırmaq barədə razılığa gəliblər-ÖZƏL

Norveç və Ukrayna müdafiə sahəsində əməkdaşlığı dərinləşdirmək, o cümlədən Ukrayna dronlarının istehsalını lokallaşdırmaq barədə razılığa gəliblər. Olaylar.az xəbər verir ki, bu barədə Skandinaviya krallığı hökumətinin mətbuat açıqlamasında bildirilib. Razılaşma dünən Norveç Baş naziri Yonas Qar Store ilə Volodimir Zelenski arasında aparılan danışıqlar zamanı əldə edilib. "Onlar yeni texnologiyaların inkişaf etdirilməsi və istehsalın artırılması üçün iki ölkənin hərbi-sənaye kompleksləri arasında daha sıx əməkdaşlığı stimullaşdırmaq üçün addımlar atacaqlar. Artıq Ukrayna dronlarının Norveçdə istehsalı mümkün olacaq", - deyə bəyanatda bildirilir. Görüşdən sonra tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi barədə birgə bəyannamə qəbul etdilər. Sənəddə deyilir: "Ukrayna texnologiyalarının və Ukrayna dron istehsalçılarının Norveçdə uzunmüddətli təhlükəsizliyi və bu texnologiyalaramtələbatı necə təmin edə biləcəklərini araşdıracağıq".

Tərəflər həmçinin "Ukrayna və Norveçdə birgə istehsal, inkişaf və mərkəzləşdirilməmiş istehsal imkanlarının yerləşdirilməsi də daxil olmaqla, ortaq hərbi-sənaye və texnoloji bazanın inkişaf etdirilməsində sənaye şirkətlərinə dəstək vermək" barədə razılığa gəliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
olaylar.az

1Источники