RU

Aktrisa müğənniliyə başladı: “Əvvəldən oxuyurdum”

Tanınmış aktrisa Leyla Babayeva diqqətçəkən addım atıb.

O, müğənniliyə başlayıb. Sənətçi qərarını sosial şəbəkələrdə elan edib. Onun bu addımı maraqla qarşılanıb. Lakin Leyla Babayeva müğənnilik keçmişi olduğunu da bəyan edərək bu sahəyə keçid etdiyini deyib.

Leyla Babayeva yeni qərarı ilə bağlı Hit.az-a açıqlama verib:
“Əslində, mən həmişə müğənnilik etmişəm. Əvvəllər də tədbirlərə gedirdim, amma sonra dayandırdım. Çünki aktrisalıq etdiyim üçün çatdıra bilmirdim, həm də bir az tənbəllik edirdim. Yəni əvvəllər də oxuyurdum, amma ara-sıra paylaşımlar edirdim. Daha çox qapalı və ya dövlət tədbirlərində oxuyurdum. İndi isə səhnələrə çıxıram, restoranlarda çıxış edirəm. Artıq müğənni kimi də fəaliyyət göstərirəm”.

O, aktrisalığa da davam edəcəyini bildirib:
“Həm aktrisalığa, həm də müğənniliyə davam edəcəm. Çünki aktrisa kimi hər layihəyə getmirəm. Bu, davamlı iş deyil. Məsələn, hazırda rol aldığım hansısa layihə yoxdur”.

Leyla Babayeva onun bu qərarını birmənalı qarşılamayanlara isə belə cavab verib:
“Mən kiminsə fikri ilə hərəkət etmirəm. Sadəcə mənə nə xoş olsa, onu da edirəm”.

Pərviz
 

Избранный
16
3
hit.az

4Источники