RU

“Qalatasaray” 4 ulduzunu yola salır

İstanbulun “Qalatasaray” klubu yeni mövsümə ciddi dəyişikliklərlə başlayacaq. Metbuat.az xəbər verir ki, bu iddia ilə Türkiyə mediası çıxış edib. Yerli KİV yazıb ki, sarı-qırmızılı komanda yeni mövsümdə 4 əsas futbolçusunun xidmətindən imtina etməyə hazırlaşır. Bu addımın həm maliyyə balansı, həm də heyətin yenilənməsi məqsədilə atıldığı bildirilir. Məlumata görə, yola salınacaq futbolçular Mauro İkardi, Davinson Sançes, Yaser Asprilla və Lukas Torreyradır. Klub bu oyunçuların transferindən gələcək gəliri yeni transferlərə yönəltməyi planlaşdırır.

Bununla bağlı yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Избранный
14
metbuat.az

1Источники