RU

Sevgi, dostluq, böyümək: özünü tapmaq haqqında 5 serial

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bəzi seriallar var ki, onları sadəcə fon musiqisi kimi açırsınız, bəziləri isə parlaq qəhrəmanları, dramatik gedişatları və romantik hekayələri ilə sizi anındaca öz dünyasına çəkir.

Lent.az xarici mediaya istinadla sevgi, dostluq, böyümək və özünü tapmaq haqqında beş fərqli hekayədən ibarət serialı təqdim edir.

Nobody Wants This

Baş qəhrəmanlar Coann və Noadır. Coann münasibətlər haqqında podkast aparıcısı, Noa isə ravvindir. Onların təsadüfi görüşü əsl emosiya partlayışına səbəb olur.

Aralarındakı cazibə göz qabağında olsa da, hisslərlə bərabər çətinliklər də gəlir. Bu, iki yetkin insanın sevgini qəliblərdən kənar necə qurmağı öyrənməsi haqqında müasir romantik hekayədir.

Manual para señoritas

Süjetin mərkəzində varlı ailələrin qızları üçün rəfiqə və təlimçi kimi çalışan gənc qadın Elena Bianda dayanır. Onun vəzifəsi xanımlara davranış qaydalarını öyrətmək, onları cəmiyyətə hazırlamaq və ən əsası, uğurlu nikah qurmağa kömək etməkdir.

Elena bu dünyanın qaydalarını yaxşı bilsə də, özü onlara tabe olmağa həmişə hazır deyil. Getdiyi hər yeni ev onun üçün növbəti bir dramın qapısını açır.

Firefly Lane

Bu, Talli Qart və Keyt Mularkinin onilliklər boyu davam edən dostluq hekayəsidir. Onlar yeniyetmə yaşlarında tanış olurlar: birinin xəyalı şöhrət, digərininki isə dünyada öz yerini tapmaqdır.

İllər keçdikcə Talli uğurlu televiziya aparıcısı olur, Keyt isə ailəni seçir. Onların yolları dəfələrlə ayrılır, mübahisə edir, qısqanır və səhv edirlər, lakin hər zaman yenidən bir-birini tapırlar.

Love Life

Serialın hər mövsümü yeni bir sevgi macərası və yeni bir qəhrəmandır. Birinci mövsümdə biz Nyu-Yorkda yaşayan və sevgini tapmaq üçün silsilə münasibətlərdən keçən Darbi Karterlə tanış oluruq.

İkinci mövsümdə isə diqqət mərkəzində boşanmadan sonra nikahdan kənar kim olduğunu anlamağa və hər şeyə yenidən başlamağın mümkünlüyünü görməyə çalışan Markus Uotkins dayanır.

The Summer I Turned Pretty

Baş qəhrəman Belli Konklin hər yay ailəsi ilə birlikdə dəniz kənarındakı evə gəlir və tətili Fişerlər ailəsinin iki qardaşı - Konrad və Ceremaya ilə keçirir.

Əvvəllər oğlanlar onu sadəcə "balaca bacı" kimi görsələr də, bir yay hər şey dəyişir: Belli böyüyür, özünə inamı artır və qəfildən hər iki qardaşın diqqət mərkəzinə çevrilir. Şənliklər və çimərlik qürubları fonunda gərgin bir sevgi üçbucağı yaranır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
lent.az

1Источники