RU

Dolunun maşına vurduğu zərəri sığorta qarşılayır? AÇIQLAMA

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gecə Bakıda müşahidə olunan qəfil və güclü dolu yağıntısı bir sıra avtomobillərə ciddi ziyan vurub. Xüsusilə açıq ərazilərdə park edilən nəqliyyat vasitələrinin kuzov hissəsində əziklər, şüşələrdə isə batıqlar halları qeydə alınıb. Bu cür hallarda sürücüləri ən çox maraqlandıran məsələlərdən biri də sığorta təminatıdır. Sığorta mütəxəssisi Şahin İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Kasko sığortası avtomobili müxtəlif risklərdən qorumaq üçün nəzərdə tutulur:“Dolu kimi təbii hadisələr də bu risklər sırasına daxil edilə bilər. Lakin burada əsas məsələ bağlanmış sığorta müqaviləsinin şərtləridir. Əgər müqavilədə təbii fəlakətlər, o cümlədən dolu, sel və güclü külək kimi hallar ayrıca qeyd olunubsa, bu zaman avtomobilin yaranan əziklər və şüşələrdə baş verən qırılmalar sığorta tərəfindən qarşılanır. Bununla belə, daha minimal və ucuz paketlərdə bu risklər hər zaman daxil edilmir. Belə olduqda, sığorta şirkəti ziyanın ödənilməsindən imtina edə bilər. Bu səbəbdən sürücülərin müqavilə bağlayarkən risklərin əhatə dairəsinə xüsusi diqqət yetirməsi vacibdir. Əsas məsələ franşiza məsələsidir. Əgər dəymiş ziyanın məbləği müqavilədə nəzərdə tutulan franşiza həddindən aşağıdırsa, bu zaman xərclər sürücünün öz üzərinə düşür. Buna görə də sürücülərə tövsiyə olunur ki, belə hallarla qarşılaşmamaq üçün sığorta seçimində daha diqqətli olsunlar”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
demokrat.az

1Источники