RU

“İran təslim olmayacaq” - Pezeşkian

“İran müharibə etmək niyyətində deyil və digər ölkələrlə dialoq və konstruktiv qarşılıqlı fəaliyyətə üstünlük verir”.

Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

O bildirib ki, İran xalqına öz iradəsini qəbul etdirmək üçün edilən istənilən cəhd uğursuzluğa məhkumdur.

Pezeşkian qeyd qeyd edib ki, Tehran ABŞ ilə konstruktiv dialoqu dəstəkləyir, lakin heç bir halda təslim olmağa razı olmayacaq.

Onun sözlərinə görə, İran problemlərin həllini yalnız diplomatik yollarla mümkün hesab edir və gərginliyin artmasında maraqlı deyil.

Daşqın HəsənovMissiya.Az

Избранный
8
missiya.az

1Источники