Rusiyalı şoumen Maksim Qalkin həyat yoldaşı, Xalq artisti Alla Puqaçovanı ad günü münasibətilə təbrik edib.
"Cebheinfo.az" xəbər verir ki, o, 77 yaşı tamam olan müğənninin fotosunu instaqram hesabında paylaşaraq bu sözləri yazıb: “Ad günün mübarək, sevimli gözəlim”.
Qeyd edək ki, A.Puqaçova 1949-cu ildə Moskvada anadan olub. 1965-ci ildən səhnədə olan müğənni SSRİ-nin Xalq artisti fəxri adına layiq görülüb. Rusiyada çoxsaylı fəxri titulların sahibidir.
Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edərək İsraildə məskunlaşıb. Hazırda ailə Kiprdə yaşayır.
"Cebheinfo.az"