RU

Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır Millət vəkili

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır. Bank müflis olan zaman isə həmin depozit tam ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır”.

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, vətəndaşın pulu 100 min manatdan çoxdursa, depoziti bölərək ailə üzvlərinin adına və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən, yüksək divident faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Əgər məbləğ 100 min manatdan az olsa, belə divident faizi 12 faizdən çoxdursa, məsələn, 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur:

“Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan, əmanətçinin qorunan divident faizini də nəzərə alması çox vacibdir”.

Sevinc Qarayeva 

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
37
525.az

1Источники