RU

Bu nə siyasətdi…

futbolpress-az saytından alınan məlumata görə, ain.az bildirir.

19 yaşadək qız futbolu millimiz çexiyalı həmkarlarına məğlub olub – 0:9.

Çexiyanın 19 yaşlı qızları bizimkilərdən bu qədər güclüdür (?!). Nə yeyib, nə içirlər ki belə…

Müasir dünyanın gender bərabərliyi adlı siyasəti buralara da siraət etmişdir. Bu siraət də özbaşına, öz xoşuna deyil. Maliyyələşməsinə də dəstək verilir.

Məsələn, UEFA bu məsələdə səxavətlidir. Həmçinin qadın futbolunun inkişafına çalışan yerli assosiasiyalara “isti baxır”…

Beləcə, iki min onların əvvəllərindən ölkədə təşəkkül tapmağa başlayan qadın futbolu ekzotik nəticələrlə uduza-uduza hələ də mövcudiyyətini davam etdirir.

Əvvəllər ispaniyalı bir xanım idi baş məşqçi. Gördülər onun və tələblərinin xərci çoxdur, yola saldılar.

O vaxtdan indiyə bu sahəyə Siyasət Əsgərov baş məşqçilik edir. Bu nə siyasətdirsə…

Qızlarımız peşimandılar “köhnə qitənin” kandarına ayaq basmağa. Vacib oyunlarda qol yağışı “zərif” millilərimizi Bakının tunellərinin halına salır.

Keçən oyun xorvatlardan 6, indi çexlərdən 9 cavabsız qol…

Yoldaşlar, bu işi elə görün ki, qızlarımız, qadınlarımız bu qədər uduzmasın. Sabahın analarıdır, övlad böyüdəcəklər…

Bu məğlub mentalitetlə?

Emosional yanaşmadır, bilirəm, ancaq kimsə deyə bilərmi ciddiyyəti yoxdur?

İdman sağlamlıqdır, lakin yarış rəqabətdir. Rəqabət də udub-uduzmaqdır, uduzmaq-uduzmaq yox…

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
33
1
futbolpress.az

2Источники