RU

Hakan Fidan: Hörmüz boğazı ilə bağlı təmaslarımız davam edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Hörmüz boğazı ilə bağlı vəziyyətə dair açıqlama verib və bu istiqamətdə diplomatik təmasların davam etdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Fidan prezident Rəcəb Tayyib Ərdoğanın partiyasının parlament qrup toplantısından əvvəl jurnalistlərin suallarını cavablandırarkən mövzuya münasibət bildirib.

ABŞ-ın Hörmüz boğazında İran limanlarına daxil olan və çıxan gəmiləri hədəf aldığı iddia edilən dəniz blokadasından sonra baş verən hadisələrlə bağlı suala cavab verən Fidan, “Hörmüz boğazı ilə bağlı təmaslarımız davam edir” deyə qeyd edib.

O, həmçinin bu məsələ ilə bağlı daha əvvəl qatıldığı televiziya proqramında geniş açıqlamalar verdiyini də xatırladıb.

Aytən Yaşar/ Turkustan.az

Избранный
36
1
turkustan.az

2Источники